Alimlərə görə müasir insanın “təbii ömrü” 38 ildir

21 Dekabr 2019 19:35

DNT testlərinə əsaslanan yeni bir metoddan istifadə edən Avstraliya alimləri, insan ömrünün 38 ilə yaxın olduğu qənaətinə gəliblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Modern insan" deyə xarakterizə edilən "homo sapiens"in də daxil olduğu insan növünün təbii şəraitdə həyat müddətinin 38 il olduğunu göstərən araşdırmanın nəticələri Scientific Reports jurnalında nəşr olunub.

Xəbərə görə, araşdırmaçılar fərqli növlərin ömrünü təxmin etmək üçün DNT analizi üzərinə inkişaf etdirdikləri yeni bir metod sayəsində bu nəticələrə çatıblar.

200-dən çox növün genlərindəki məlumatların təhlil edildiyi araşdırmadan götürülən nəticələr, mütəxəssisləri təəccübləndirib, çünki insanın "təbii" ömrünün müddəti, orta statistik yaşa görə demək olar 2 dəfə aşağı çıxıb.

Bəzi məməlilərin "təbii" ömrünün sərhədlərini qiymətləndirən alimlər, nəsli kəsilmiş mamontun təxminən 60 il yaşadığını, Qrenlandiya balinasının təbii ömrünün 210 il yox, 268 il olduğunu hesablayıblar.

Bununla birlikdə, alimlər son 200 ildə homo sapiensin orta hesabla "təbii" ömür müddətinin müasir tibb və həyat tərzindəki dəyişmələrə bağlı olaraq 2 dəfədən daha çox uzandığını bildiriblər.

Milli.Az