Telefon istifadəçiləri tualet istifadəçilərindən çox olan nəhəng ölkə...

16 Aprel 2010 10:51
Milli.Az GTZ.ru saytına istinadən xəbər verir ki, bunu Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Zəfər Adil bildirib. O, Hindistanda "tarixi ironiya"ya rast gəlindiyi qənaətindədir: "Əhalisinin yarısından çoxu mobil telefona sahib olacaq dərəcədə zəngin ölkədə millətin yarısı təbii ehtiyaclarını tualetlərdə ödəmir".

Onun sözlərinə görə, hazırda ölkədə 545 milyon mobil telefon var və bu, əhalinin 45%-i deməkdir: "Lakin vətəndaşların cəmi 31%-i təbii ehtiyaclarını ödəmək üçün tualetə gedir".

Milli.Az