"Kayserispor" klubundan ayrılan Umut Bulutun yeni klubu müəyyənləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü karyerasını Super Liqanın digər təmsilçisi "Yeni Malatyaspor"a keçib.
Klub saytının məlumatına görə, təcrübəli oyunçu ilə 1,5 illik müqavilə imzalanıb. 36 yaşlı forvard 2016-cı ildən "Kayserispor"da çıxış edirdi. Umut "Tuluza", "Trabzonspor" və "Galatasaray" kimi klublarda çıxış edib.
Milli.Az