"Şahdəniz"dən indiyədək 112 mlrd. kubmetr qaz hasil edilib

20 Dekabr 2019 16:40

""Şahdəniz" qaz-kondensat yatağından indiyədək 112 mlrd. kubmetr qaz hasil edilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O, həmçinin bildirib ki, "Azəri-Çıraq-Günəçli" (AÇG) yatağından dövlətin əldə etdiyi birbaşa gəliri 140 mlrd. dollardan artıqdır.

Qeyd edək ki, bu gün Bakıda "Xarici ticarət iştirakçılarının II Respublika Forumu" keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.

Milli.Az