Nadir hallarda verilişlərdə qonaq oluram - Ülviyyə Könül

20 Dekabr 2019 11:49

Nadir hallarda verilişlərdə qonaq oluram. Bir də başım AzTV-dəki işimə qarışıb. Amma lazım olanda efirlərə çıxıram.

Bu sözləri axşam.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, rejissor Ülviyyə Könül efirlərdə az görünməsi barədə suala cavab verərkən söyləyib.

Sonuncu dəfə "Həddən artıq uyğunluq" filmini çəkən Ü.Könül növbəti il daha bir ekran işi ərsəyə gətirəcək:

"Televiziyada işləsəm də, əslində, kino işçisiyəm. Bütün kinorejissorların ən böyük arzusu film çəkməkdir. 2020-ci ildə romantik komediya janrında film çəkmək istəyirəm. Bizdə bu janrda az film var. Komediya filmidirsə, ikiqat "komediyadır" ya da, melodramdırsa, çox ağlamalıdır. İstəyirəm bayram əhval-ruhiyyəli bir ekran işi olsun".

Milli.Az