Bond filminin Dominosu 78 yaşında öldü - FOTO

20 Dekabr 2019 11:04

1965-ci ilin casus filmi "Thunderball"da Domino obrazını canlandıran aktrisa vəfat edib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Bond filmlərinin 4-cü hissəsi olan "Thunderball"a çəkilən fransız aktrisa Kludin Uji ( Claudine Auger ) 78 yaşında dünyasını dəyişib.

Parisdə dünyaya göz açan aktrisa elə doğulduğu şəhərdə də vəfat edib. Onun ölüm xəbəri yaxınları tərəfindən təsdiqlənib.

Qeyd edək ki, aktrisa 1950-cı illərdə model kimi də fəaliyyət göstərib və 1958-ci ildə təşkil olunan "Miss World" müsabiqəsində ikinci yeri tutub. O, sonuncu dəfə 1995-ci ildə "Los hombres siempre mienten" filminə çəkilib.

İsmayıl
Milli.Az