"Evliliyimiz mükəmməl deyil" - Arda Turanın arvadı

20 Dekabr 2019 09:19

Türkiyəli futbolçu Arda Turanın arvadı Aslıhan Doğan Turan yerli nəşrlərdən birinə müsahibə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yeni dizaynlarından bəhs edən Aslıhan evliliyi haqda da danışıb.

İkinci uşağına iki aylıq hamilə olan Turan əri ilə yaxşı anlaşdığını söyləyib:

"Hər ikimiz yalanı sevmirik. Sakit ailəyik. Ər-arvaddan əlavə onunla yaxşı dostuq. Heç münaqişə etmirik, mükəmməl evliliyimiz var deyə bilmərəm. Ancaq problemlərimizi, böyütmədən, küsmədən həll edirik".

Milli.Az