Moskvanın mərkəzində terror aktı: FTX əməkdaşlarına silahlı hücum oldu - VİDEO

19 Dekabr 2019 20:01

Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası yaxınlığında silah səsləri eşidilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda "Telegram-kanal Baza" məlumat yayıb. Hadisə Böyük Lubyanka küçəsində baş verib. 

İnsident zamanı ölənlərin sayı artaraq 3 nəfər olub. Ölənlərin hamısı FTX əməkdaşıdır. Yaralıların sayı dəqiqləşdirilir. Məlumata görə, silahlı şəxslər 3 nəfər olub. Hazırda bütün binalarda və obyektlərdə "Qala" planı elan edilib. 

Silahlı şəxslər binalardan birində gizləniblər.

Polis atışmanın baş verdiyi Vorovski meydanına gedən yolu bağlayıb. İnsanlar təxliyyə olunur.

Milli.Az