İtaliya polisi ölkənin cənubunda mafiyaya qarşı irimiqyaslı əməliyyat keçirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 334 nəfər saxlanılıb.
Əməliyyat "ndrangeta" mafiyasının üzvlərinə qarşı keçirilib. Həbslər, həmçinin Almaniya, İsveçrə və Bolqarıstanda keçirilib.
Ümumilikdə əməliyyatda 3 mindən çox polis iştirak edib.
Bu, 1980-ci illərin sonundan bəri İtaliyada mafiyaya qarşı keçirilmiş ən iri əməliyyat hesab olunub.
Milli.Az