Prezident İlham Əliyev Elmira Süleymanovanı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

19 Dekabr 2019 16:48

Prezident İlham Əliyev E.T.Süleymanovanın 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanova 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".

Milli.Az