Ronaldu özünü məşhur basketbolçu ilə müqayisə etdi - FOTO

19 Dekabr 2019 18:44

"Yuventus"un hücumçusu Kriştianu Ronandu dünən A seriyasında "Sampdoriya"ya qarşı matçda (2:1) vurduğu növbəti dəfə şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu dəfə o, qola özünün rəsmi İnstaqram səhifəsində münasibət bildirib.

Qeyd edək ki, Ronaldo 71 santimert tullanaraq 2,56 metr hündürlükdən başla qol vurub.

Sosial şəbəkədə vurduğu qol anının şəklini "CR7 AIR JORDAN!!✈", - sözləri ilə paylaşan Ronaldu bununla özünü əfsanəvi basketbolçu Maykl Cordanla müqayisə edib.

Milli.Az