“Qəbələ”nin yeni sponsoru açıqlandı

19 Dekabr 2019 15:19

"Qəbələ" İdman Klubunun yeni sponsoru müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda klub rəsmilərinin bu gün keçirdiyi mətbuat konfransında məlumat verilib.

Klubun yeni himayəçisi "Jalə" Şirələri olacaq.

Qeyd edək ki, "Qəbələ" İdman Klubuna 2005-ci ildən "Gilan Holdinq" sponsorluq edirdi.

Milli.Az