Azərbaycanda insanların meyvə-tərəvəz qəbulu səviyyəsi çox aşağıdır

19 Dekabr 2019 16:39

"Azərbaycan dünyada meyvə-tərəvəzlə zəngin olan əsas ölkələrdən biridir. Mən deyərdim ki, dünyada ən dadlı meyvə-tərəvəz Azərbaycandadır. Amma siz onları yemirsiniz. Azərbaycanda insanların meyvə -tərəvəz qəbulu səviyyəsi çox aşağıdır. Bu sizi narahat etməlidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Qeyri-infeksiyon xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisinin rəhbəri Joao Breda deyib.

Onun sözlərinə görə, meyvə -tərəvəz insanları xərçəngdən , piylənmədən, ürək- damar xəstəliklərindən qoruyur.

Y.Breda əlavə edib ki, tövsiyə olunan normaya görə, insan gün ərzində 5 qram duz qəbul etməlidir. Lakin hesablamalara görə, Azərbaycanda gündəlik duz istehlakı 10 qramdan yüksəkdir:"Bu gün Azərbaycanda xüsusilə kişilər arasında qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olan risk faktorları ilə bağlı problemlər var və bunu həll etmək lazımdır. Bunu etmək çətindir, amma bunu sahədə birgə işləməyə hazırıq".

Milli.Az