Azərbaycan Vokalçıları Festivalı davam edir

19 Dekabr 2019 16:04

Azərbaycan Vokalçıları Festivalı uğurla davam edir.

Milli.Az xəbər verir ki, 18 dekabr tarixində axşam saat 19:00-da festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində XX əsr Azərbaycan bəstəkarlarının mahnı və romanslarından ibarət konsert keçirildi. Gecədə əməkdar artistlər Anar Şuşalı, Səidə Şərifəliyeva, Nadir Xasıyev, Zenfira İsmayılova, İlahə Əfəndiyeva və başqalarının ifasında  mahnı və romanslar səsləndi.

Konsert proqramı canlı efirdə Azərbaycan Televiziyasının Mədəniyyət Kanalından yayımlanıb. Konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

Milli.Az