Makqreqor Həbibi təhqir etdi - “Kiçik siçovul, gəlirəm”

19 Dekabr 2019 15:34

İrlandiyalı döyüşçü Konor Makqreqor prinsial rəqibi Həbib Nurmaqomedova təhqiramiz mesaj göndərib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, özünün rəsmi İnstagram səhifəsinin "History" bölməsində öz şəklini paylaşan Konor bu sözləri yazıb: "Kiçik siçovul, mən gəlirəm".

"The Sun" nəşri yazır ki, UFC prezidenti Dana Uayt Makreqorun Həbiblə revanş döyüşünə hazırlaşdığını deyib. Belə bir döyüşün 2020-ci ilin sonlarında keçirilə biləcəyi ehtimalı var. Hələlik bununla bağlı UFC rəsmi qərar verməyib.

Əlavə edək ki, yanvarın 18-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq UFC 246 turniri çərçivəsində Konor Makqreqorun Donald Serrone ilə görüşü olacaq.

Xatırladaq ki, 2018-ci ilin oktyabrın 6-da Həbiblə Konorun döyüşü keçirilib. Döyüşün dördüncü raundunda dağıstanlı idmançı qələbəni təmin edib.

Milli.Az