ASAN Beynəlxalq Assosiasiyasının iclası keçiriləcək

19 Dekabr 2019 13:01

"Dekabrın 24-də Azərbaycan tərəfinin təşəbbüsü ilə BMT və ASAN Beynəlxalq Assosiasiyasının iclası keçiriləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, iclasda assosiasiyanın nizamnaməsi təsdiq olunacaq:

"Beləliklə, "ASAN Xidmət" konsepsiyasının ixracı üçün daha bir platforma yaranacaq. Bu assosiasiyanın imkanları hesabına "ASAN Xidmət" konsepsiyasını daha çox ölkəyə ixrac edə biləcəyik. Hazırda bu konsepsiyanın reallaşdırılması 8 ölkədə davam edir. Əfqanıstanda artıq "ASAN Xidmət" işə başlayıb".

Milli.Az