Qubada 17 yaşlı qız dəm qazından zəhərləndi

19 Dekabr 2019 12:59

Quba rayonunda yeniyetmə qız dəm qazından zəhərlənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Quba şəhəri, "32/33-cü kvartal" adlanan yaşayış massivində qeydə alınıb.

Həmin massivdə yaşayan, 2002-ci il təvəllüdlü Heybətova Validə Zaur qızı yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənib.

Gənc Quba Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub. Hazırda xəstənin vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az