Gəncədə "Prado" 64 yaşlı qadını vurub öldürdü

19 Dekabr 2019 12:24

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin M.Abbaszadə küçəsində qeydə alınıb.

Həmin küçədə hərəkətdə olan "Toyota Prado" markalı avtomobil yolu sağdan sola keçmək istəyən rayon sakini, 1955-ci il təvəllüdlü Sevil Babayevanı vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az