İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Albasete"də çıxış edən millimizin üzvü Eddi İsrafilovu 2 oyunluq cəzalandırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna onun İspaniya Sequndasının 20-ci turunda "Rayo Valyekano" ilə görüşün 45+4-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alması səbəb olub. O, rəqib futbolçunu başla vurduğu üçün meydandan qovulub.
Qeyd edək ki, "Rayo Valyekano" - "Albasete" görüşü qonaqların futbolçusu Roman Zozulyanın azarkeşlərin təhqirlərinə məruz qalması səbəbindən yarımçıq dayandırılıb.
Milli.Az