Tərtər rayonunda yeniyetmə qız itkin düşdü

19 Dekabr 2019 12:09

Tərtər rayonunda yeniyetmə qız itkin düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Göyçay rayonunda anadan olan, 2002-ci il təvəllüdlü Fatma Məmmədova Tərtər rayonunda itkin düşüb.

17 yaşlı qız noyabrın 30-da Tərtər rayonunda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Milli.Az