Ağsuda yük maşını aşıb, xəsarət alanlar var

19 Dekabr 2019 10:19

Muğanlı-İsmayıllı yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, yolun Ağsu rayonundan keçən hissəsində  01-AB-295 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobilinin əyləc sistemində nasazlıq yarandığı üçün sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. 

Nəticədə İsmayıllı sakini, 1992-ci il təvəllüdlü Məmmədov Mustafa Cavanşir oğlu və Mingəçevir sakini, 1987-ci il təvəllüdlü İbrahimov Ramil Eldar oğlu xəsarət alıb. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az