Bakının bu qəsəbəsində suyun verilməsi məhdudlaşdırılacaq

19 Dekabr 2019 10:49

Bakı şəhəri Keşlə qəsəbəsi ərazisindən keçən dəmir yollarında aparılan yenidənqurma işləri çərçivəsində içməli su xətlərinin yeri dəyişdirilir.

"Azərsu" ASC-dən Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar 19 dekabr 2019-cu il tarixində gün ərzində Nizami rayonunun Keşlə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az