Goranboyda 3 otaqlı ev yanıb

19 Dekabr 2019 10:14

Goranboyda 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Goranboy rayonunun Boluslu kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Milli.Az