Təyyarənin mühərriki alışdı - Məcburi eniş

19 Dekabr 2019 09:14

"All Nippon Airways" aviaşirkətinə məxsus "Boeing-767" sərnişin təyyarəsi Fukuoka şəhərinin hava limanında məcburi eniş edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, məcburi enişə səbəb təyyarənin sağ mühərrikinin alışması olub.

Bildirilir ki, təyyarənin göyərtəsində heyət üzvləri də daxil olmaqla 278 nəfər olub.

İnsident nəticəsində, xəsarət alan olmayıb.

Milli.Az