Hava şəraiti ilə bağlı yollarda sürət həddi endirilib

19 Dekabr 2019 08:04

Hazırda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, məqsəd hərəkətin təhlükəziliyini təmin etməkdir: "Hərəkət iştirakçılarından bu cür hava şəraitində ehtiyyatlı olmalarını xahiş edirik. Sürücülər mütləq şəkildə ara məsafəsini gözləməlidirlər".

Milli.Az