Sarqsyanın əmlakına həbs qoyulub

19 Dekabr 2019 08:13

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın əmlakına həbs qoyulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "RİA Novosti"yə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqacanyan deyib.

M.Oqacanyan bildirib: "S.Sarqsyanın və "Fleş" şirkətinin rəhbəri Barseq Beqlaryanın əmlaklarına həbs qoyulub".

Daha əvvəl Ermənistanın Xüsusi İstintaq Xidməti S.Sarqsyanı dövlətin 1 milyon dollardan artıq pulunu mənimsəməkdə ittiham edib. Emənistanın sabiq prezidenti işi siyasi təqib hesab edərək ittihamları qəbul etmir.

Milli.Az