Bakıda mənzildə kişi meyiti aşkarlanıb

19 Dekabr 2019 07:45

Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Abbasov İlham Mirzaman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az