Mançester klubları yarımfinalda

19 Dekabr 2019 08:59

İngiltərə Liqa kubokunda 1/4 final mərhələsi başa çatıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ikinci oyun günündə 3 matç baş tutub.

Mançester klubları aşağı liqa təmsilçilərinə üç qol vuraraq mərhələ adlayıblar. Son iki ildə kuboku başı üzərinə qaldıran "Mançester Siti" "Oksford"u 3:1 hesabı ilə yenərək ardıcıl 3-cü dəfə yarımfinala vəsiqə qazanıb.

"Mançester Yunayted" "Kolçester"i 3:0 hesabı ilə darmadağın edib. "Lester" "Everton"la görüşdə üstünlüyü əldən versə də, sonda penaltilərlə qalib gəlib.

Qeyd edək ki, ilk yarımfinalçı bir gün öncə "Liverpul"u 5:0 hesabı ilə darmadağın edən "Aston Villa" olub.

İngiltərə Liqa kuboku
1/4 final
18 dekabr
"Oksford" - "Mançester Siti" - 1:3

Teylor, 46 - Kanselo, 22, Sterlinq, 50, 70
"Mançester Yunayted" - "Kolçester" - 3:0
Reşford, 51, Cekson, 56 (avtoqol), Marsial, 61
"Everton" - "Lester" - 2:2, pen.2:4
Devis, 70, Beynes, 90 - Maddison, 26, Evans, 29

Milli.Az