"Liverpul" finalda - FOTO

19 Dekabr 2019 08:08

Klublararası dünya çempionatı davam edir. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ötən gün turnirin ikinci finalçısı da bəlli olub.
 
Çempionlar Liqasının son qalibi "Liverpul" Meksikanın "Monterrey" klubu ilə qarşılaşıb. İngiltərə təmsilçisi 2:1 hesablı qələbə ilə adını finala yazdırıb.

"Monterrey" - "Liverpul" - 1:2
Qollar:
 Keyta, 12 (0:1), Funes, 14 (1:1), Firmino, 90+1 (1:2)

Yurgen Kloppun komandası finalda Braziliya təmsilçisi "Flamenqo" ilə qarşılaşacaq. Həlledici matç  dekabrın 21-də Qətərin paytaxtı Dohada yerləşən "Education City" stadionunda keçiriləcək.

Milli.Az