Partlayış təhlükəsi səbəbindən ticarət mərkəzi təxliyə olunur - Moskvada

18 Dekabr 2019 21:25

Rusiyanın paytaxtı Moskvada "Tsvetnoy" ticarət mərkəzi partlayış təhlükəsi səbəbindən təxliyə olunur.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, ticarət mərkəzinin binasında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

Hazırda ticarət mərkəzində olan insanların təxliyəsi həyata keçirilir, hadisə yerində kinoloqlar işləyir.

Milli.Az