Millimizin futbolçusu əcnəbi xanımla evlənir - FOTO

18 Dekabr 2019 21:50

Futbol üzrə Azərbaycan yığmasının və "Proyssen" klubunun (Almaniya) hücumçusu Rüfət Dadaşov ailə həyatı qurmağa hazırlaşır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə 28 yaçlı futbolçunun özü məlumat verib. 

O, uzun müddətdir sevgili olduğu Laura adlı xanıma evlilik təklif edib. Futbolçu anasının 50 illik yubileyi ilə bağlı keçirilən mərasimdə bu təkliflə çıxış edib və "hə" cavabı alıb.

Cütlük gələn il toy etmək niyyətindədir. Toy mərasiminin Rüfətin yaşadığı ölkədə - Almaniyada baş tutacağı deyilir.

Milli.Az