Metro tikintisi zamanı uçqun baş verdi - Daşkənddə

18 Dekabr 2019 19:54

Özbəkistanın paytaxtı Daşkənddə metronun Yunusabad xəttinin tikintisi zamanı uçqun baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Özbəkistan Dəmir Yolları Mətbuat Xidmətindən bildirilib ki, leysan yağışları nəticəsində tikinti sahəsinin açıq ərazisində fövqəladə vəziyyət yaranıb.

Qəza baş verən ərazidə Baş nazirin birinci müavini, Nəqliyyat nazirinin köməkçisi Açilbay Ramatovun şəxsi nəzarəti ilə təhqiqat aparılır.

Bu dəqiqəyə qədər ölən və yaralananlar haqqında məlumat yoxdur.

Milli.Az