ABŞ-da ölüm şəhadətnamələrində üçüncü cins rəsmiləşdirildi - FOTO

18 Dekabr 2019 22:58

Nyu-York sakinləri gələn ildən başlayaraq ölüm şəhadətnamələrində üçüncü cinsi göstərə biləcəklər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə şəhərin səhiyyə idarəsinin veb saytında dərc olunmuş press-relizində deyilir. Özlərini kişi və ya qadın hesab etməyənlərin sertifikatlarında "X seçim" göstəriləcək.

Keçən ilin oktyabr ayında Nyu-York meri Bill de-Blazio, şəhər sakinlərinə doğum şəhadətnamələrində müəyyənləşdirilməmiş cinsi göstərmək hüququnu verən qanun layihəsini imzalayıb.

Milli.Az