Prezident İlham Əliyev Vaqif Fərzəliyevi ordenlə təltif edib

18 Dekabr 2019 16:13

Prezident İlham Əliyev Vaqif Fərzəliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Vaqif Məcid oğlu Fərzəliyev "Şərəf" ordeni ilə təltif edilir.

Milli.Az