İdmançımız ilin ən yaxşı güləşçisi seçildi

18 Dekabr 2019 22:25

Nihat Məmmədli Dünya Güləş Birliyi (UWW) tərəfindən ilin ən yaxşı yeniyetmə yunan-Roma güləşçisi seçilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, məlumat qurumun rəsmi "Facebook" səhifəsində paylaşılıb.

55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş yeniyetmələrin dünya çempionatında qızıl medal qazanıb. Məmmədli İtaliyanın Faenza şəhərində yeniyetmələr arasında Avropa çempionatında da eyni uğuru təkrarlayıb.

Milli.Az