Şəbnəm Sankt-Peterburqda "Həmrəy olaq" dedi - FOTOlar

18 Dekabr 2019 20:59

Müğənni Şəbnəm Tovuzlu Sankt-Peterburqda konsert verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Lensovet adına Mədəniyyət Sarayında keçirilən gecə "Həmrəy olaq həmyerlilər" adlanıb.

Gecədə Şəbnəm öz repertuarından olan ondan çox mahnı səsləndirib. Tədbirin aparıcısı Aytəkin Mərdanova olub.

"Hər işimdə Allaha şükr etmişəm ki, məni utandırmasın. Bütün arzularıma çatıram. Hər şey gözəl idi. Təşkilatçılıq üçün Şəhanə Ayazqızına təşəkkür edirəm. Konsert alqışlarla keçdi" deyə, Şəbnəm bildirib.

Milli.Az