Elnar efirdə Damlaya xəbərdarlıq etdi: “Üzünü gizlət, bizim münasibəti bilmək istəyirlər” - VİDEO - FOTO

18 Dekabr 2019 15:39

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Elnar Xəlilov olub.

Milli.Az xəbər verir ki, müğənni Damla ilə aralarındakı soyuq münasibətin olmadığından danışıb. Münasibətlərinin yaxşı olduğunu inandırmaq üçün Damlaya zəng etməyə çalışan Elnar onun nömrəsini tapa biləyib. Bu durumdan əsəbləşən Elnar Xəlilov nəhayət ki, 3-cü zəngdə Damlanın nömrəsini taparaq onunla görüntülü telefon zəngi yaradıb.  

Elnar Xəlilov, Damlaya, telefonu açar-açmaz xəbərdarlıq edib:

"Sən istəyirsən üzünü gizlət. Çünki ARB kanalı bizim münasibəti bilmək istəyir. Makyajsızsan ona görə deyirəm".

Milli.Az