"Valensiya" futbolçusuna 150 milyon avro qiymət qoydu

18 Dekabr 2019 15:19

"Valensiya" yarımmüdafiəçisi Karlos Solerlə müqavilə yeniləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

22 yaşlı ispaniyalı futbolçu klubu ilə 2023-cü ilin yayına kimi müqavilə imzalayıb. Yeni anlaşmaya əsasən, Soleri heyətində görmək istəyən klub "Valensiya"ya 150 milyon avro təzminat ödəməlidir.

İspaniyanın U-19 və U-21 yığmalarında oynamış Soler "Valensiya"nın öz yetirməsidir.

Milli.Az