3 uşaq anası 10 aylıq körpəsi ilə itkin düşdü - FOTO

18 Dekabr 2019 13:19

Bərdə rayonunda ailəli qadın itkin düşüb

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İmanqulubəyli kəndində qeydə alınıb. kənd sakini, 1993-ci il təvəllüdlü Xalidə Məmmədova yaşadığı evdən 10 aylıq körpəsi ilə çıxıb və bir daha geri qayıtmayıb.

X. Məmmədova üç uşaq anasıdır.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.

Oxu.az-a istinadən fotonu təqdim edirik:

Milli.Az