Bu tarix dünyanın sonudur? - ABŞ alimindən qorxunc PROQNOZ

18 Dekabr 2019 22:01

ABŞ-dan olan David Montaigne fikrincə, 2019-cu il 28 dekabrda dünya dağılacaq.

Milli.Az xəbər verir ki, o, bu proqnozu Maya təqviminə istinadən verib.

Montaigne görə, bundan əvvəl Mesoamerica sivilizasiyasının peyğəmbərlərinin proqnozlaşdırdığı kimi dünyanının sonu 2012-ci ildə deyil, 2019-cu ildə gələcək. O, iddia edir ki, bu səhvin ulduz təqvimi  xəritəsindəki dəyişikliklər səbəb olub.
"Həmin gün dünyada dəhşətli fəlakətlər olacaq. Dəniz daşacaq, zəlzələ və sunami baş verəcək, nəticədə insanlıq tələf olacaq", - deyə o, bildirib.

"Montaigne iddiasını "Apokalipsis"də İoann Boqaslavın sitatına istinadən edir",- deyə qərb mediası yazır. (ölkə.az)

Milli.Az