Klublararası dünya çempionatında ilk finalçı məlum oldu

18 Dekabr 2019 11:19

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.

Milli.Az xəbər verir ki, ilk yarımfinal matçında Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu Libertadores kubokunun qalibi olmuş Braziliyanın "Flamenqo" komandası ilə qarşılaşıb. "Flamenqo" 3:1 hesablı qələbə ilə finala yüksəlib.

Yarımfinal digər matçında İngiltərənin "Liverpul" və Meksikanın "Monterrey" klubları qarşılaşacaq.

Milli.Az