Sumqayıtda 19 yaşlı qız sirkə turşusu içərək ölüb

18 Dekabr 2019 09:44

Sumqayıt şəhərinin Corat qəsəbəsində ölüm hadisəsi qeydə alınıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəsəbə sakini 2000-ci il təvəllüdlü İmambaxışova Xanım Qurban qızı sirkə turşusu içib. 

Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az