Azərbaycanda QORXUNC QƏZA - Ər-arvad xəstəxanalıq oldu - FOTO

18 Dekabr 2019 09:24

Gəncədə yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xəqani küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil idarəetmədən çıxaraq çınar ağacına çırpılıb. Qəza zamanı sürücü, 1972-ci il təvəllüdlü Nəbiyev Rövşən Telman oğlu və onun həyat yoldaşı 1974-cü il təvəllüdlü Muradova Natavan Qaraxan qızı xəsarət alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Qeyd edək ki, sürücünün eplepsiya xəstəsi olduğu deyilir. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az