Bu ölkədə qarşıdurmalarda 11 nəfər öldü

18 Dekabr 2019 10:19

Panamada bir həbsxanada məhkumlar arasında çıxan qarşıdurma nəticəsində 11 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin cəzaçəkmə müəssisələrinin idarəsi bildirib.

Məlumata əsasən, Hoyita həbsxanasında məhkumlar arasında toqquşma baş verib. Nəticədə 11 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.

Polis əməkdaşları vəziyyəti nəzarət altında saxlayır.

Bununla belə ölənlər və yaralananlar arasında həbsxana və ya polis əməkdaşları yoxdur.

Milli.Az