Türkiyədə 40-dan çox qanunsuz miqrant saxlanılıb

18 Dekabr 2019 09:16

Türkiyənin Balıkesir vilayətinin sahillərində 44 qanunsuz miqrant saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, onlar Yunanıstanın Midilli adasının ərazisinə qanunsuz daxil olmağa çalışırdılar.

Məlumata əsasən, miqrantlar jandarmeriya əməkdaşları tərəfindən saxlanılıb.

Bunlardan 43 nəfəri Əfqanıstan vətəndaşı, biri Somali vətəndaşıdır. Miqrantlar müvafiq orqanlara təhvil verilib.

Milli.Az