6 otaqlı ev yanıb

18 Dekabr 2019 08:52

Quba rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Quba rayonunun Barlı kəndində ümumi sahəsi 121 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağının tavanı 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az