Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib

18 Dekabr 2019 07:00

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop TÜRKPA-nın Bakıda keçiriləcək 9-cu plenar iclasında iştirak etmək üçün dekabrın 18-də Azərbaycana səfərə gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mustafa Şentopu Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.

Milli.Az