Kazinoda atışma olub, 3 nəfər ölüb

17 Dekabr 2019 23:33

ABŞ-ın Montana ştatındakı Qreyt-Fols şəhərində atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "NBC Montana" telekanalı bildirib.

Məlumata əsasən, atışma şəhərdə yerləşən kazinoların birində olub. Hadisə nəticəsində 3 nəfər həlak olub.

Atəş açan şəxs məhv edilib.

Qeyd edilib ki, kazinonun yaxınlığında yerləşən ibtidai məktəb bağlanacaq.

Milli.Az