Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb

17 Dekabr 2019 22:23

Bakı şəhər sakinindən silah-sursat aşkarlanıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əsədzadədən nömrəsi silinmiş, lüləsi kəsilmiş "TOZ-B" markalı tüfəng və 5 ədəd patron aşkar edilərək götürülüb.

Milli.Az