Zelenski Bakıda Ukrayna məhsulları satılan mağazada - FOTO

17 Dekabr 2019 19:17

Azərbaycana rəsmi səfərə gələn Ukrayna Prezidenti Vladimir Zelenski Bakıda Ukrayna məhsulları satılan mağazada olub.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, mağazadan fotoları İnstaqram hesabından paylaşan Zelenski satılan məhsulların keyfiyyətindən yazıb:

"Ukraynasayağı ləzzətlidir! Bakının mərkəzində bizim pendir, kolbasa, yoğurt və meyvə şirələrimiz satılır. Yerli biznesmenlərdən birinin "Ukrayna məhsulları" adlı 11 mağazası var. Tezliklə bu işi genişləndirməyi planlaşdırır: Ukrayna restoranı da açacaq".

Milli.Az